...

AMİP prezident seçkisini boykot etməyəcək – partiyanın lideri

Siyasət Materials 2 Aprel 2008 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) buliki prezident seçkisini boykot etməyəcək.

"AMİP-in siyasi kursunda ümumiyyətlə boykot taktikası yoxdur"-deyə partiyanın lideri Etibar Məmmədov Trend a açıqlamasında bildirib.

Aprelin 20-də AMİP-in növbəti qurultayı keçiriləcək. Məmmədov bildirib ki, qurultayda partiyanın bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı qərarı çıxarılacaq.

Üç müxalifət partiyasını - AXCP, VİP və ALP-ni birləşdirən "Azadlıq" bloku ölkədə demokartik seçki mühiti, bütün namizədlər üçün bərabər şərait yaradılmayacağı təqdirdə prezident seçkisini boykot edəcəyini açıqlayıb. Blok əhalini aktiv boykota çağıracaq.

AMİP lideri bildirib ki, o və partiyası boykotun tərəfdarı deyil: "Biz boykot taktikasını çıxış yolu kimi görmürük. Hesab edirəm ki, siyasi partiyalar bütün siyasi proseslərdə, o cümlədən də seçkilərdə iştirak etməli, yaranmış şəraitdən, resesurslardan yararlanmalıdır"-deyə partiya lideri bildirib.

Onun sözlərinə görə, AMİP-in prezident seçkisində hansı formada iştirakı, partiyanın öz namizədini irəli sürüb-sürməyəcəyini qurultay müəyyənləşdirəcək.

Məmmədov növbəti dəfə də prezidentliyə namizəd olub-olmayacağı barədə açıqlama verməyib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Sabiq deputat Məmədov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub və topladığı səslərə görə 8 nəfər namizəd arasında 4-cü yeri tutub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti