...

İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü kifayət qədər gərgin şəraitdə keçib - Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri

Siyasət Materials 3 Aprel 2008 00:58 (UTC +04:00)
İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü kifayət qədər gərgin şəraitdə keçib - Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri

Rumıniya, Buxarest, 02 aprel/ Trend ,  müxbir Y.Əliyev/ Azərbaycan prezidentinin Buxarestdə ATƏT-in Minsk qrupunun həmsədrləri görüşü vasitəçilərin xahişi ilə baş tutub. Bu barədə Trend ə Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib. Məmmədovun sözlərinə görə, görüş kifayət qədər gərgin şəraitdə keçib. "Danışıqlar zamanı İlham Əliyev Qarabağ nizamlanması ilə bağlı qəti və sərt mövqeyini həmsədrlərin diqqətinə çatdırıb", - deyə o vurğulayıb.

Məmmədov həmçinin bildirib ki, görüş zamanı Azərbaycan prezidenti həmsədrlərdən təmsil etdikləri ölkələrin BMT-də Azərbaycanın Dağlıq Qarabağlı bağlı təqdim etdiyi qətnamənin səsverməsi zamanı nümayiş etdirdiyi mövqe ilə bağlı izahat tələb edib. Öz növbəsində həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

Arpelin 3-də ATƏT-in Minsk qrupunun həmsədrləri məsələ ilə bağlı mövqelərinə dair rəsmi bəyanatla çıxış edəcəklər.

Aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyev Buxarestdə Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşmələr aparıb. Görüşdə Ermənistan -Azərbaycan münaqişəsinin nizamlanmasının hazırki vəziyyəti üzrə rəy mübadiləsi aparılıb. Azərbaycan prezidenti NATO-nun sammitində iştirak etmək məqsədilə aprelin 2-dən Rumıniyanın paytaxtındadır. ATƏT-in Minsk Qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Azərbaycan prezidenti, Ermənistanın yeni seçilmiş prezidenti Serj Sərkisyan, həmçinin, hər iki ölkənin XİN rəhbərləri ilə ayrı-ayrı məsləhətləşmələrin keçirilməsi üçün Buxarestə gəliblər.

Xəbər lenti

Xəbər lenti