...

Azərbaycan strukturun bütün meyarlarına cavab verərsə, Aİ-nin tamhüquqlu üzvü ola bilər – səfir (video)

Siyasət Materials 4 Aprel 2008 16:57 (UTC +04:00)
Azərbaycan strukturun bütün meyarlarına cavab verərsə, Aİ-nin tamhüquqlu üzvü ola bilər – səfir (video)

Azərbaycan, Bakı, 04 aprel/ Trend , müxbir S.Ağayeva/Azərbaycan strukturun bütün meyarlarına cavab verərsə, Aİ-nin tamhüquqlu üzvü ola bilər. Bu barədə jurnalistlərə cümə günü Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi Alen Vaddams məlumat verib. Vaddams bildirib ki, Azərbaycan hökuməti bunun üçün Aİ Yeni Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində ona verilən imkanlardan tam mənası ilə istifadə etməlidir.

O qeyd edib ki, bu meyarlar əsas etibarilə demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə, insan hüquqları və azad sözə aiddir. Azərbaycanda bu sahədə görülmüş işlərin Avropa İttifaqı tərəfindən qiymətləndirilməsini strukturun cümə günü açıqlanmış hesabatı tam əks etdirir.

Əsas çatışmazlıqlar məhkəmə sistemi, ədliyyə sistemi, KİV-lə bağlə vəziyyət, vətəndaş cəmiyyəti sahəsində qeyd edilib. Aİ-nin hesabatında Azərbaycandakı seçkiqabağı vəziyyətə xüsusi diqqət ayrılıb. Ölkədə hələ də məhdud toplaşma azadlığı qalmaqda davam edir. Seçki komissiyalarının tərkibi məsələlərində ciddi çatışmazlıqlar var", - Vaddams bildirib. O hesab edir ki, Azərbaycan hökuməti insan hüquqlarının müdafiəsi və korrupsiya ilə mübarizə muxanizminin təkmilləşdirilməsi strategiyasının həyata keçirilməsini davam etdirməlidir.

Xəbər lenti

Xəbər lenti