...

2007-ci ildə Azərbaycandan ABŞ-a heç kim mühacirət etməyib

Siyasət Materials 17 Aprel 2008 15:45 (UTC +04:00)
2007-ci ildə Azərbaycandan ABŞ-a heç kim mühacirət etməyib

Azərbaycan, Bakı, 17 aprel/ " , müxbir E.Hüseynov/2007-ci ildə Azərbaycandan ABŞ-a heç kim mühacirət etməyib. Turist qismində isə bu ölkəni 3,1 min nəfər ziyarət edib. Bu barədə ABŞ Dövlət Departamentinin hesabatında deyilir.

Ümumilikdə 2007-ci ildə ABŞ-a 6,4 mln. nəfər əcnəbi gəlib, mühacirlərin sayı 434 min nəfər olub. Dövlət Departamentinin hesabatında 2007-ci ildə əcnəbilərə verilmiş mühacirət və qeyri-mühacirət vizalarının sayına görə keçmiş SSRİ ölkələri vətəndaşlarının ABŞ-a xüsusilə can atmadıqları qeyd olunur.

Hesabatın məlumatına görə, post-sovet ölkələri arasında Ermənistandan ABŞ-a 1 min nəfər mühacirət edib, 4,2 min nəfər turist kimi bu ölkədə olub. Bu nisbət Belarus üzrə: sıfır (mühacirlər) - 8,2 min (turistlər), Estoniya üçün 7 və 7,6 min, Gürcüstan üçün - 444 və təqribən 4,8 min nəfər. Bundan əlavə, Latviyadan da heç kim mühacirət etməyib, 9 min nəfər turist kimi ABŞ-ı ziyarət edib, Litvadan - sıfır və 9,5 min nəfər, Moldovadan - 972 və 11,7 min nəfər, Qırğızıstan - sıfır və 2,1 min nəfər, Türkmənistan - sıfır və 0,9 min nəfər, Özbəkistan - 1 117 mühacir və 2,6 mindən çox turist.

Statistika göstərir ki, post-sovet dövlətlərindən olan mühacirlərin sayı son illər ərzində stabil şəkildə azalır. Çox hallarda ABŞ-a mühacirət edən keçmiş SSRİ-dən olan mühacirlər ailələrin birləşməsi üçün bunu ediblər. Washington ProFile bildirir ki, ABŞ-a ən çox mühacir Meksikadan (52,4 min viza), Filippindən (42,6 min viza) və Çindən (32,4 min viza) gəlib.

Xəbər lenti

Xəbər lenti