...

Bakıda GUAM və Baltik Assambleyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Siyasət Materials 18 Aprel 2008 12:19 (UTC +04:00)
Bakıda GUAM və Baltik Assambleyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir S.Ağayeva/ Latviya prezidenti Valdis Zatlers Azərbaycana səfər etməyi planlaşdırır.

Latviya prezidentinin səfəri 2006-cı ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə etdiyi rəsmi səfərə cavab olaraq həyata keçiriləcək.

Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarovun cümə axşamı Riqadan telefonla verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 23-24-də Riqaya nəzərdə tutulan rəsmi səfəri zamanı Latviyanın rəsmi şəxsləri ilə görüşü çərçivəsində bu ölkə prezidentinin Azərbaycana səfərinin hazırlıq məsələlərinə toxunacaq.

Səfir bildirib ki, GUAM və Baltik Assambleyasına daxil olan Azərbaycan və Latviya arasında qarşılıqlı maraqlar günü-gündən artır və gələcəkdə bu əməkdaşlığın ikitərəfli münasibətlərdən strukturlararası əməkdaşlığa çevriləcəyi istisna edilmir.

Səfir əlavə edib ki, əməkdaşlıq perspektivləri Latviya prezidentinin səfəri zamanı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti