...

Azərbaycan neftinin qiyməti artıb

Siyasət Materials 22 Aprel 2008 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin aprelin 21-də qiyməti 1 barel üçün 114,62 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətdə 1 barrel üçün 0,25 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın aprelin 21-də qiyməti 1 barel üçün 112,02 dollar təşkil edb. Bu, əvvəlki qiymətdən 0,28 dollar çoxdur.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Aprelin 21-də URALS neftinin qiyməti 1 barel üçün 105,74 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,15 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin aprelin 21-də qiyməti 1 barel üçün 111,27 dollara çatıb. Bu əvvəlki qiymətdən 0,18 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti