...

MDB nümayəndələrinin rus dilinə rəsmi status verilməsi təklifi haqqında – sorğu

Siyasət Materials 7 İyun 2008 10:55 (UTC +04:00)
MDB nümayəndələrinin rus dilinə rəsmi status verilməsi təklifi haqqında – sorğu

Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbirlər N.Kirtsxaliya, D.Bobesyuk, S.İlhamqızı, T.Jukov/

Dövlət Dumasının MDB işləri və həmvətənlərlə iş üzrə komitəsinin rəhbəri Aleksey Ostrovski keçmiş sovet respubliklarının rəhbərliklərinə bütün Birlikdə rus dilinə rəsmi status verməyi təklif edib. Rusiyalı diplomat "Xaricdə rus dilinin saxlanılması, tətbiqi və inkişafı haqqında" parlament dinləmələrində bütün MDB ölkələrində "real bilinqvistika qurmaq" fikri ilə çıxış edib.

Trend bu məsələ ilə əlaqədar MDB ölkələri nümayəndələrinin fikirlərini diqqətinizə çatdırır.

Gürcüstan parlamenti təhsil komitəsinin üzvü Manana Naçkebiya:

MDB məkanından rus dilinin tanınması perspektivsiz fikirdir. İstənilən halda, bu Gürcüstanda perspektivsizdir.

Ostrovski məsləhətlərini özünə saxlaya bilər. Gürcüstan suveren dövlətdir və dövlət dilini özü istədiyi kimi seçmək hüququna malikdir. Ostrovskinin tövsiyələri məcburi deyil və düşünmürəm ki, Gürcüstanda bu tövsiyələrə ciddi cavab verəcəklər.

Naçkebiya rus dilinin rəsmi dil elan edilməsi fikrindən siyasi bəyanat üçün əsas kimi istifadə edir və hesab edir ki, "bu, ölkə rəhbərliyinə bir daha səbəb verir ki, MDB-dən çıxmaq haqqında düşünülsün".

Ukraynalı deputat, "Bizim Ukrayna - Xalq özününmüdafiəsi" fraksiyasının üzvü Liliya Qriqorovi:

Deyə bilərəm ki, bu yalnız Rusiya Federasiyasının federal ölkə olaraq federasiyaya daxil olan xalqların dilini ikinci, üçüncü, onuncu dil etməsindən sonra baş verəcək. Biz isə, unitar dövlətik. Mən böyük qardaş fenomenini xoşlamıram. Mən burada Putinin federal ölkədəki dil siyasətini Ukraynada - unitar ölkədəki dil siyasətinə birə - bir oxşadardım.

Azərbaycan Milli Məclsinin deputatı Elmira Axundova:

Milli Məclisə rəsmi səviyyədə belə təklif daxil olarsa, ola bilsin ki, nəzərdən keçiriləcək. Lakin, rus dilinə rəsmi status verilməsi fikri Azərbaycan üçün aktual deyil.

Azərbaycanda rus dilinə yüksək hörmət var. Ölkədə çoxlu sayda rusdilli təhsil müəssisələri var, çox sayda rusdilli əhali yaşayır. MDB ölkələri arasında ən çox rusdilli təhsil müəssisəsi Azərbaycandadır. Buna görə də, hesab edirəm ki, rus dilinə rəsmi dövlət dili statusu verilməsinə zərurət yoxdur.

Əksinə, Azərbaycan dilinin statusunun artırılması üçün Azərbaycanda rusdilli təhsil müəssisələrinin sayını müəyyən dərəcədə azaltmaq lazımdır.

Mən özüm Azərbaycanın rusdilli vətəndaşı hesab edirəm ki, rus dilinin ikinci dövlət dili edilməsinə zərurət yoxdur.

Özbəkistanın ümumi dilçilik və türkologiya sahəsində filologiya elmləri namizədi, dosent Feyzulla Asanov:

Rus dili respublikada onsuz da, həm məişətdə, həm də rəsmi səviyyədə, çox güclü mövqelərə malikdir. Buna görə də, onun dövlət dili statusuna keçməsi heç bir məna kəsb etmir. Özünüz düşünün, respublikada rus dilinin yüksək statusundan bircə fakt xəbər verir: prezident İslam Kərimov yüksək səviyyədə aparılan danışıqları istisnasız olaraq məhz rus dilində aparır.

Bir çox özbək ailələri, bu xüsusilə də ziyalılara aiddir, öz uşaqlarını istisna olaraq rusdilli tədris müəssisələrinə verməyə üstünlük verirlər. Bu tendensiya xüsusilə də ölkənin iri şəhərlərində özünün göstərir. Bu isə, razılaşın ki, çox şey barədə xəbər verir. Özbəkistan Konstitusiyasına görə, rus dili millətlərarası ünsiyyət dilidir və onun statusunun artırılması heç bir əhəmiyyət kəsb etmir.

Özbək hakimiyyətinin ən böyük səhvi latın qrafikasına keçid olub. 1992-ci ildə rusofobiya təlatümündə qərara gəldilər - əgər müstəqil oluruqsa, onda tamamilə olaq. Məhz onda bu o qədər də ağıllı olmayan qərarı qəbul ediblər. Əlifbanın dəyişdirilməsi haqqında qərar yeni qrafik sisteminin üstünlük və ya çatışmazlıqlarına heç bir aidiyyatı olmayan siyasi akt idi.

Ukrayna deputatı, Regionlar Partiyası fraksiyasının üzvü Aleksandr Yefremov:

Bu gün MDB-nin bütün dövlətlərində ikinci rəsmi dil real mövcuddur və biz bir ölkədən digərinə - məsələn, Gürcüstana səfər ediriksə, o zaman gürcü dilində deyil, rus dilində danışırıq və bir-birimizi anlayırıq. Buna görə də, bu dil de fakto olaraq bu gün bizi ayrımır, əksinə, birləşdirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti