...

Bu gün Naxçıvanda hərbi keçid olacaq

Siyasət Materials 17 Sentyabr 2008 07:53 (UTC +04:00)

Azərbaycan, Naxçıvan. 17 sentyabr / Trend, müxbir E.Məmmədov/ Bu gün Naxçıvan şəhərində hərbi parad keçiriləcək. Buna səbəb Naxçıvan Qarnizonunun yaradılmasının 16-cı ildönümüdür.

Parad zamanı muxtar respublikada mövcud olan hərbi texnikalar keçidlə yadda qalacaq. Həmçinin Qarnizonun tabeliyindəki qoşun hissələrinin əsgər və zabit heyətinin nizami keçidi də parada xüsusi rəng qatacaq.

Bu gün saat 10.00-da başlayacaq hərbi keçid Naxçıvan-Şahbuz magistralından start götürəcək və Heydər Əliyev Prospekti boyu davam edəcək.

Bir neçə gündür parada hazırlıqlar keçirilir. Bunun üçün iki gündür Naxçıvan-Şahbuz magistralında avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Hərbi paradda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, eləcə də Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Səfər Əbiyev də iştirak edəcək.

Qeyd edək ki, Naxçıvan Qarnizonu 1992-ci ilin 15 sentyabrında yaradılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti