...

Azərbaycan parlamentinin birinci vitse-spikeri prezidentin səlahiyyət müddətinin uzadılmasının tərəfdarıdır

Siyasət Materials 11 Dekabr 2008 11:48 (UTC +04:00)
Azərbaycan parlamentinin birinci vitse-spikeri prezidentin səlahiyyət müddətinin uzadılmasının tərəfdarıdır

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli Məclisinin (parlament) birinci vitse-spikeri bildirib ki, bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılmasının tərəfdarıdır.

"Seçim xalqa məxsusdur, hesab edirəm ki, bu məhdudiyyət aradan qaldırılmalıdır", - cümə axşamı Trend -a parlamentin vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Trend - un arayışı: Azərbaycan Konstitusiyasının 101 - ci maddəsinin 5 - ci bəndinə əsasən, heç kəs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti beş ildir.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılması üçün referendum keçirilməsini təklif edir.

"Konstitusiyanın bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddəsi demokratik prinsiplərə uyğun deyil və demokratiyanı məhdudlaşdırır" - Trend - a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. YAP rəsmisi hesab edir ki, Konstitusiyada belə bir limit ola bilməz. "Konstitusiya bir şəxsə, necə dəfə istəsə, deputat seçilməyə icazə verir. Lakin prezident seçilməyə limit tətbiq olunub. Hesab edirik ki, Konstitusiyada belə bir məhdudiyyət tətbiq etmək olmaz. Ona görə də Konstitusiyada dəyişikliyə ehtiyac var və biz belə bir təşəbbüslə çıxış edəcəyik", - deyə Novruzov əlavə edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Trend -a açıqlamasında bu məsələnin referenduma çıxarılmasını istisna etməyib.

Əsgərov deyib ki, bu məsələ parlamentdə müzakirəyə çıxarılsa, vitse-spiker kimi prezidentin səlahiyyət müddətinin uzadılmasını dəstəkləyəcək.

"Bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılmasında demokratiyaya zidd bir şey yoxdur", - Əsgərov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti