...

"Davamlı İnkişaf Naminə" təşəbbüs qrupu referendumla bağlı gənclərlə görüş keçirib

Siyasət Materials 13 Mart 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bакı, 13 mart / Trend , müxbir N.Abdullayeva /  

Azərbaycanda referendum üzrə "Davamlı İnkişaf Naminə" təşəbbüs qrupu Suraxanı rayon gənclərini səsvermə günündə fəal olmağa çağırıb.

Təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri cümə günü rayonun Əmircan qəsəbəsində gənc seçicilərlə görüşdə onlara ölkə Konstitusiyasına ediləcək əlavə dəyişikliklər haqqında ətraflı məlumat veriblər.  

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı İnkişaf Naminə" və "Zəka" təşəbbüs qrupları referendumun lehinə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları əleyhinə təbliğat aparırlar. 

"Davamlı inkişaf Naminə" təşəbbüs qrupu bir qrup tanınmış idmançılar və gənclər tərəfindən təsis olunub.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti