...

Azərbaycanın şimal-qərbində referendumla bağlı seçici fəallığı müşahidə olunur

Siyasət Materials 18 Mart 2009 10:09 (UTC +04:00)

Azərbaycan, Şəki, 18 mart / Trend , müxbir X.Əkbərova /

Azərbaycanın şimal-qərbində referendumla bağlı seçici fəallığı hiss olunur.

Trend -un bölgə müxbirinin məlumatına görə, 113 saylı Şəki-şəhər, 114 saylı Şəki kənd-I və 115 saylı Şəki kənd-II dairə seçki ərazilərində seçici fəallığı əsasən kəndlərdə hiss olunur.

Hər üç dairədə 90 məntəqə var. Seçicilərin sayı isə 103 206 nəfərdir.

Həmin dairələrdə iki beynəlxalq müşahidəçi səsverməni izləyir.

Çərşənbə günü Azərbaycanda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti