...

Almatıda Aralın xilas edilməsi Beynəlxalq Fonduna üzv dövlətlərin rəhbərlərinin sammiti keçirilir

Siyasət Materials 28 Aprel 2009 11:46 (UTC +04:00)

Qazaxıstanın Almatı şəhərində Aralın xilas edilməsi Beynəlxalq Fonduna (AXBF) üzv dövlətlərin rəhbərlərinin sammiti keçirilir. Bu barədə İA "24.kg" xəbər yayıb.

Rəsmi məlumatlara görə, görüşdə fondun fəaliyyəti, AXBF-ın nizamnamə orqanları: idarəetmə, icraiyyə komitəsi və təftiş komissiyasının yeni tərkibinin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq. Bununla yanaşı, sammit iştirakçıları beynəlxalq təşkilatlar, maliyyə strukturları və donorlar ilə əməkdaşlığın fəallaşdırılması məsələlərini də müzakirə edəcəklər.

2008-ci ilin dekabrında BMT Baş Assambleyası AXBF-a assambleyada müşahidəçi statusunun verilməsi barədə Qətnamə qəbul edib. Hazırkı şərait fondun iştirakçı dövlətlərinə dünya ictimaiyyətinin Aralın problemləri barədə məlumatlandırılması, ekoloji vəziyyətinin yumşaldılması üçün donor vəsaitlərinin cəlb edilməsi və Aral dənizi hövzəsi ərazisində yaşayan əhaliyə dəstəyin göstərilməsi üzrə lazımi tədbirlər keçirməyə imkan verir.

Aralın xilas edilməsi Beynəlxalq Fondu 1993-cü il 4 yanvar tarixində Aralın xilas edilməsi və Aral dənizi hövzəsinin ekoloji cəhətdən yaxşılaşdırılması üzrə perspektivli proqramlar və birgə praktiki işlərin maliyyələşdirilməsi məqsədi ilə Mərkəzi Asiya dövlətləri rəhbərlərinin qərarı ilə yaradılıb. Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan AXBF-in təssiçiləridir. 2009-2011-ci illərdə fonda sədr Qazaxıstan seçilib.

Xəbər lenti

Xəbər lenti