...

Azərbaycanda ağır cinayətlərin açılma faizi yüksək olub - daxili işlər nazirinin müavini

Siyasət Materials 2 İyul 2009 11:46 (UTC +04:00)
Azərbaycanda ağır cinayətlərin açılma faizi yüksək olub - daxili işlər nazirinin müavini

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda bu ilin 6 ayında törədilmiş ağır və xüsusilə ağır cinayətlərin açılma faizi yüksək olub, Trend -un məlumatına görə, bunu daxili işlər nazirinin müavini Əsgər Ələkbərov rəsmi mətbuata verdiyi müsahibəsində bildirib.

Nazir müavini qeyd edib ki, qeyd olunan cinayətlərin açılma faizi 80,82 faiz təşkil edib. Qəsdən adamöldürmə cinayətləri 80, adamöldürməyə cəhd cinayətləri isə 100 faiz açılıb.

Ələkbərovun sözlərinə görə, ötən il həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayət törətmiş 777 nəfərdən ibarət 257 dəstə və qrup aşkar edilərək zərərsizləşdirilib. Nazir müavini bütün dünyada olduğu kimi bu gün azərbaycanda da insan alveri cinayətinin artan tendensiya üzrə inkişafından təəssüflənib.

"Əksər hallarda beynəlxalq əlaqələrə malik mütəşəkkil cinayətkar dəstələr tərəfindən həyata keçirilən və transmilli xarakter daşıyan insan alveri cinayəti həm də milli genafonda təsiri baxımından dövlətimizin təhlükəsizliyini təhdid edir", - deyə Ələkbərov vurğulayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 6 ayında insan alveri ilə bağlı törədilmiş cinayətlərin sayı bir neçə fakt azalıb. Bu ilin 6 ayında bu tip cinayətlərin açılma faizi 82 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti