...

Dağlıq Qarabağ münaqişəsinin həlli irəliləmiş mərhələdədir - Rusiya Prezidenti

Siyasət Materials 10 İyul 2009 18:23 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli irəliləmiş mərhələdədir - Rusiya Prezidenti

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir Y.Оstapenko /

"Dağlıq Qarabağ münaqişəsi, həlli ən çox irəliləmiş mərhələdə olanlardandır", - Rusiya Prezidenti Dmitri Medvedev hesab edir. Bu barədə "Vesti" telekanalı xəbər verir.

"Mənim bununla bağlı yaxşı ümidlərim var, - Medvedev Akvilada "böyük səkkizliy"in (G8) sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib. - Razılaşdırılmalı olan nüansların sayı getdikcə azalır".

Onun fikrincə, Azərbaycan və Ermənistan prezidentləri "bir-birilərini yaxşı dinləyir və anlayırlar. "Əsas odur ki, tərəflər razılığa gəlmək istəyini saxlayıblar", - o hesab edir.

"Bu (Dağlıq Qarabağ münaqişəsi), onilliklər ərzində həll olunacaq problem deyil. Hesab edirəm ki, bu məsələdə nəticə əldə etmək olar", - o deyib.

Rusiya Prezidenti Minsk qrupunun işinə hər cür kömək etməyə söz verib.

Bir müddət əvvəl Medvedev bildirdi ki, o, ATƏT-in Minsk qrupunun həmsədrlərinin - ABŞ, Rusiya, Fransa prezidentlərinin sammitində qəbul edilmiş birgə bəyanatdan razıdır. Bu barədə "Vesti" telekanalı xəbər verir.

"Biz müvafiq bəyanat qəbul etdik və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə daha çox səy göstərməyə çağırırıq", - o bildirib.

Medvedevin sözlərinə görə, o, yaxın zamanlarda Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə və bu məsələnin müzakirəsini davam etdirməyə ümid edir.

Üç ölkə prezidentinin qəbul etdiyi birgə bəyanatda deyilir: "Biz - ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq-Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistan prezidentlərinin tərəfdarı olduğumuzu təsdiqləyir və qalan bəzi fikir ayrılıqlarını həll etməyə və sülh yolu ilə həlli başa çatdırmağa çağırırıq".

"Biz vasitəçilərimizə Azərbaycan və Ermənistan prezidentlərinə, 29 noyabr 2007-ci il tarixli Madrid sənədinin həmsədrlərin əsas prinsiplərin xülasəsi üzrə son təkliflərini nəzərdə tutan yenilənmiş variantını təqdim etməyi tapşırırıq", - bəyanatda bildirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti