...

Azərbaycanın Məhkəmə-Hüquq Şurası məhkəmə hakimlərini cəzalandırıb

Siyasət Materials 15 İyul 2009 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Məhkəmə-Hüquq Şurası ciddi qanun pozuntularına yol verən məhkəmə hakimlərini cəzalandırıb.

"Məhkəmə-Hüquq Şurasının iclasında Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılova, Səbail Rayon Məhkəməsinin hakimi Fuad Hüseynova, Şirvan yerli iqtisad məhkəməsinin hakimi Elxan Əmirəliyevə töhmət verilib", - çərşənbə günü Trend -a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yasamal Rayon Məhkəməsinin hakimi Abbas Rzayevə irad tutulub, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı bir hakim barəsində intizam icraatı başlanıb. "Hakimlər fəaliyyətlərində yol verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə cəzalandırılıblar", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti