...

Azərbaycan Prezidenti "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş"i təsdiq edib

Siyasət Materials 24 İyul 2009 19:28 (UTC +04:00)
Azərbaycan Prezidenti 2007-ci il mayın 25-də Yalta şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə sərəncam verib.
Azərbaycan Prezidenti "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş"i təsdiq edib

Azərbaycan Prezidenti 2007-ci il mayın 25-də Yalta şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə bu sazişin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi, Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti