...

MDB ölkələri mədəniyyət sahəsində əməkdaşlıq konsepsiyası layihəsini hazırlayırlar

Siyasət Materials 27 İyul 2009 17:45 (UTC +04:00)
İyulun 28-29-da Minskdə, MDB İcraiyyə Komitəsində üzv dövlətlərin əməkdaşlıq konsepsiyası layihəsinin işlənməsi üzrə ekspert qrupunun iclası keçiriləcək.
MDB ölkələri mədəniyyət sahəsində əməkdaşlıq konsepsiyası layihəsini hazırlayırlar

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir C.Babayeva /

İyulun 28-29-da Minskdə, MDB İcraiyyə Komitəsində üzv dövlətlərin əməkdaşlıq konsepsiyası layihəsinin işlənməsi üzrə ekspert qrupunun iclası keçiriləcək.

"Sənəd MDB ölkələrinin bu sahədə məqsəd, hədəf və əsas qarşılıqlı fəaliyyət istiqamətlərinə rəsmi baxışlarının məcmusundan ibarətdir. Belə ki, orada mədəni irsin qorunması, teatr, musiqi və təsviri incəsənətin dəstəklənməsi, mədəniyyət sənayesinin inkişafı işində əməkdaşlıq prinsipləri qeyd olunur", - MDB İcraiyyə Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Konsepsiyanın realizəsi MDB ölkələrinin milli mədəniyyətlərin qorunması və inkişafına istiqamətləndirilmiş səylərin konsolidasiyası üçün şərait yaradacaq.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistan nümayəndələrinin iştirakı planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti