...

Azərbaycanın Prezidenti Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin bir qrup əməkdaşını "Tərəqqi" medalı ilə təltif edib

Siyasət Materials 28 İyul 2009 18:38 (UTC +04:00)
Azərbaycan Respublikasının ictimai həyatında, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, texniki-idman növlərinin təbliği və inkişaf etdirilməsində, Silahlı Qüvvələr üçün mütəxəssislərin hazırlanmasında fəal iştirakına görə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin əməkdaşları Adıgözəlov Telman Əli oğlu, Axundov Şamil Cəmil oğlu, Əhmədov Əşrəf Lətif oğlu, Kərimov Fərrux Əzizulla oğlu, Nəsirov Həmid İsmayıl oğlu və Rüstəmov Ələkbər Misir oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.

Azərbaycan Prezidenti İlham Əliyev Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin bir qrup əməkdaşının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti