...

Azərbaycan hökuməti fəal şəkildə dini tolerantlığa təşviq edir - ABŞ-ın Dövlət Departamenti

Siyasət Materials 27 Oktyabr 2009 11:27 (UTC +04:00)
Azərbaycan hökuməti fəal şəkildə dini tolerantlığa təşviq edir, bu barədə ABŞ-ın Dövlət Departamentinin demokratiya, insan haqları və əmək bürosu tərəfindən dərc edilən 2009-cu il ərzində dünya ölkələrində dini azadlıq barədə Məruzədə deyilir.
Azərbaycan hökuməti fəal şəkildə dini tolerantlığa təşviq edir - ABŞ-ın Dövlət Departamenti

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir R.Daraxşan/

Azərbaycan hökuməti fəal şəkildə dini tolerantlığa təşviq edir, bu barədə ABŞ-ın Dövlət Departamentinin demokratiya, insan haqları və əmək bürosu tərəfindən dərc edilən 2009-cu il ərzində dünya ölkələrində dini azadlıq barədə Məruzədə deyilir.

Məruzəyə əsasən, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bir neçə dəfə müxtəlif dini icmaların liderlərini bir yerə toplayıb. İl ərzində DQİDK dini azadlıq və dözümlülük üzrə seminarlar, konfranslar və regional iclaslar təşkil edib.

Məruzədə həmçinin antisemitizm təzahürü barədə məlumatın olmaması qeyd olunur.

Eləcə də məruzədə qeyd olunur ki, bütün etnik azərbaycanlılar Ermənistan qoşunları tərəfindən işğal olunan əraziləri tərk edib, bu ərazilərdəki məscidlərin bir hissəsi isə dağıdılıb.

Xəbər lenti

Xəbər lenti