...

Rusiya ilə əlaqələr Gürcüstanın ərazilərinin azad edilməsindən sonra bərpa oluna bilər – deputat Georgi Qabaşvili

Siyasət Materials 9 Dekabr 2009 18:17 (UTC +04:00)
Rusiya ilə əlaqələrin həqiqi bərpası ancaq Gürcüstan ərazilərinin azad edilməsindən sonra mümkündür. Bu bəyanatı parlament çoxluğunun liderlərindən biri olan Georgi Qabaşvili RF Prezidenti Dmirti Medvedevin çıxışını şərh edərək hazırlayıb.
Rusiya ilə əlaqələr Gürcüstanın ərazilərinin azad edilməsindən sonra bərpa oluna bilər – deputat Georgi Qabaşvili

Gürcüstan, Tbilisi, 09 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Rusiya ilə əlaqələrin həqiqi bərpası ancaq Gürcüstan ərazilərinin azad edilməsindən sonra mümkündür. Bu bəyanatı parlament çoxluğunun liderlərindən biri olan Georgi Qabaşvili RF Prezidenti Dmirti Medvedevin çıxışını şərh edərək hazırlayıb.

"Rusiya ilə əlaqələrin həqiqi yaxınlaşması və bərpası bizim də maraqlarımıza daxildir, lakin bu, yalnız ərazilərimizin azad edilməsindən sonra baş verəcək. Lakin indi, Gürcüstan torpaqlarının işğalı prosesi davam etdiyi bir vaxtda yeni əlaqələr barədə danışmaq mümkün deyil", - Qabaşvili bildirib.

Onun sözlərinə görə, əgər Rusiya hökumətinin Gürcüstana yanaşması dəyişərsə, bu zaman yeni əlaqələrdən danışmaq olar.

Gürcüstan-Rusiya sərhədində yerləşən "Yuxarı Lars" nəzarət-keçid məntəqəsinin açılışına gəlincə, Qabaşvili deyib ki, bu, Gürcüstan vətəndaşlarının maraqlarına daxildir və Gürcüstan hökumətinin nəzarəti altında həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti