...

Astanada Heydər Əliyevin xatirə gecəsi keçirilib

Siyasət Materials 11 Dekabr 2009 12:28 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib.
Astanada Heydər Əliyevin xatirə gecəsi keçirilib

Qazaxıstan, Astana, 11 dekabr / Trend , müxbir K. Konırova/

Bu gün Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib.

Tədbirdə səfirliyin əməkdaşları, "Qazaxıstan-Azərbaycan" Dostluq və Mədəniyyət Assosiasiyasının, Milli-Demokratik Partiya (MDP) "Nur Otan"nın və Qazaxıstan paytaxtında Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

"Heydər Əliyev müasir Azərbaycanın memarı və bünövrəsini qoyan şəxsiyyətdir, ona görə də bugünkü bütün nailiyyətlərinə görə Azərbaycan ona borcludur", - Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov tədbiri açarkən söyləyib.

"Qazaxıstan-Azərbaycan" Dostluq və Mədəniyyət Assosiasiyasının sədri professor Asxat Şakirov iki ölkənin tarixi əlaqələrindən və iki qardaş xalq arasında qarşılıqlı münasibətlərin bərpası və inkişafında Heydər Əliyevin rolundan danışıb.

Çıxış edənlər arasında həmçinin MDP "Nur Otan"nın Almatı şəhər filialı nəzdində Analiz, Proqnoz və Sosial Təşəbbüs Mərkəzinin rəhbəri Kazbek Kazkənov, Milli Tibb Holdinqində MDP "Nur Otan"nın birinci sədr müavini Zaureş Kenjatayeva olub.

Onlar milli lider Heydər Əliyevin SSRİ və Azərbaycan qarşısındakı böyük xidmətlərini qeyd edərək, Azərbaycan və Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrinin qurulmasında rolunu yüksək qiymətləndiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti