...

ATƏT-in daimi fəaliyyətdə olan şurası Abxaziyadakı prezident seçkilərinin qeyri-qanuni olduğunu bildirib

Siyasət Materials 18 Dekabr 2009 13:45 (UTC +04:00)
ATƏT-in daima fəaliyyətdə olan şurası Abxaziyadakı prezident seçkilərinin qeyri-qanuni olduğunu bildirib. Şuranın bəyanatına görə, beynəlxalq ictimaiyyət seçkilətin nəticələrini tanımır.
ATƏT-in daimi fəaliyyətdə olan şurası Abxaziyadakı prezident seçkilərinin qeyri-qanuni olduğunu bildirib

Gürcüstan, Tbilisi, 18 dekabr / Trend , müxbir N. Kirtsxalia/

ATƏT-in daima fəaliyyətdə olan şurası Abxaziyadakı prezident seçkilərinin qeyri-qanuni olduğunu bildirib. Şuranın bəyanatına görə, beynəlxalq ictimaiyyət seçkilətin nəticələrini tanımır.

Gürcüstanın ATƏT-dəki səfiri Paata Qaprindaşvilinin sözlərinə görə, Rusiya Abxaziyadakı seçkiləri müdafiə etməyə çalışıb, lakin heç kim onu bu məsələdə dəstəkləməyib.

"Şuranın iclasında Rusiyanın beynəlxalq hüquq normalarını pozması, həmçinin Gürcüstan və Rusiya arasındakı münaqişənin hələ də davam etməsi və beynəlxalq ictimaiyyətin də bu münaqişənin nizamlanması prosesinə qoşulmasının vacibliyi xüsusi qeyd olunub", - Qaprindaşvili deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti