...

Azərbaycanda narkotik alveri ilə məşğul olan İran vətəndaşı saxlanılıb

Siyasət Materials 25 Dekabr 2009 10:49 (UTC +04:00)
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən Trend News-a verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Tahmas Jafarzadel Anoshirvan oğlu narkotik vasitə olan heroin satarkən tutulub.
Azərbaycanda narkotik alveri ilə məşğul olan İran vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 25 dekabr / Trend , muxbir H.Bağırov /

Azərbaycan paytaxtında narkotik alveri ilə məşğul olan İran vətəndaşı saxlanılıb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən Trend -a verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Anoshirvan Jafarzadel Tahmas oğlu narkotik vasitə olan heroin satarkən tutulub.

Əməliyyatçılar onun üzərinə baxış keçirən zaman 270,224 qram narkotik vasitə olan heroin aşkar edərək, götürüblər.

Faktla bağlı cinayət işi başlayıb.

Xəbər lenti

Xəbər lenti