...

İranın Azərbaycandakı səfiri Naxçıvanda səfərdədir

Siyasət Materials 14 Yanvar 2010 13:26 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami Naxçıvanda səfərdədir. Bu barədə səfirliyin mətbuat katibi Abbas İsgəndəri Trend News-a bildirib. Səfər zamanı İranın Azərbaycandakı diplomatik missiyasının rəhbəri Naxçıvan Ali Məclisinin sədri ilə görüşüb, Muxtar Respublika və İran arasında birbaşa əlaqələrin inkişafı məsələlərini müzakirə edib.
İranın Azərbaycandakı səfiri Naxçıvanda səfərdədir

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami Naxçıvanda səfərdədir. Bu barədə səfirliyin mətbuat katibi Abbas İsgəndəri Trend -a bildirib. Səfər zamanı İranın Azərbaycandakı diplomatik missiyasının rəhbəri Naxçıvan Ali Məclisinin sədri ilə görüşüb, Muxtar Respublika və İran arasında birbaşa əlaqələrin inkişafı məsələlərini müzakirə edib.

Səfir həmçinin Naxçıvan Elmlər Akademiyasına və Naxçıvan Dövlət Universitetinə səfər etməyi, akademiya və universitetdə "İran otaqları"nın açılışında iştırak etməyi planlaşdırır.

Bəhrami Muxtar Respublikanın rəhbəri ilə gömrük məsələlərini müzakirə etmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti