...

Müsəlman dünyası İsveçrədən konkret addımlar gözləyir – İKT-nin baş katibi

Siyasət Materials 3 Mart 2010 17:16 (UTC +04:00)
Müsəlman dünyası İsveçrə hökumətindən ölkədəki müsəlman icmasının əsas hüquqlarının müdafiə edilməsinin təmin edilməsində konkret addımlar gözləyir.
Müsəlman dünyası İsveçrədən konkret addımlar gözləyir – İKT-nin baş katibi

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir Ü.Sadıxova/

Müsəlman dünyası İsveçrə hökumətindən ölkədəki müsəlman icmasının əsas hüquqlarının müdafiə edilməsinin təmin edilməsində konkret addımlar gözləyir. Bu barədə İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey ilə görüş zamanı deyib.

İnsan hüquqları şurasının 13-cü sessiyası çərçivəsində Cenevrədə Kalmi-Rey ilə görüşdə İhsanoğlu ötən ilin dekabrında ümumi referendum yolu ilə İsveçrədə minarə tikilişinə qadağa qoyulması səbəbindən İKT-nin narahatlığını və məyusluğunu ifadə edib.

Ən iri müsəlman təşkilatı olan İKT-nin baş katibinin sözlərinə görə, İsveçrədə minarə tikintisinə qoyulan qadağa təəccüb doğurur və Avropada islamofobiya institusionalizasiya və konstitusionalizasiya xarakteri alıb ki, bu da gələcəkdə mənfi nəticələr verə bilər.

Dekabrda səs vermiş əhalinin böyük əksəriyyəti İsveçrə Xalq Partiyasının (İXP) ölkədə minarə tikintisinə qadağa qoyulması barədə təklifini dəstəkləyib.

İXP-nin nümayəndələri minarələri dini simvol kimi deyil, siyasi simvol kimi görürlər və ölkələri "islamlaşmağa" yol verməməyə çağırırlar, halbuki İsveçrə hökuməti və parlamenti bu referendumun əleyhinə çıxıb.

Kalmi-Rey deyib ki, referendumun nəticələri ölkədə minarə tikintisinə qadağa qoymağın əleyhinə olduğunu dəqiq bildirən hökumət üçün gözlənilməz olub.

O, həmçinin İKT rəhbərini minarələrin tikintisinə qadağa qoyulmasından sonra müsəlmanları İsveçrə siyasəti probleminin həllinə cəlb etmək məqsədi ilə hökumətin İsveçrə müsəlman icması ilə mütəmadi əlaqələr yaratması barədə məlumatlandırıb.

Görüşdə XİN rəhbəri və İKT baş katibi islam haqqında yalnış təsəvvürlərin aradan qaldırılması məqsədi ilə tərəflər arasındakı gələcək qarşılıqlı fəaliyyətin dərinləşdiriləcəyi barədə razılaşıblar.

Müxtəlif fikirlərə görə, əhalisinin sayı təxminən 7,7 milyon nəfər olan Konfederasiyada 350-400 min müsəlman yaşayır. Onlar əsasən, Türkiyə və Balkan ölkələrindən gələn immiqrantlardır.

Xəbər lenti

Xəbər lenti