...

İranın nüvə işlərində müstəqillik ideyası xəyallara əsaslanıb - ABŞ-ın MAQATE-dəki səfiri Qlin Devis (MÜSAHİBƏ)

Siyasət Materials 12 Mart 2010 11:48 (UTC +04:00)
Trend News-un Fars redaksiyasının ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Qlin Devis ilə müsahibəsi
İranın nüvə işlərində müstəqillik ideyası xəyallara əsaslanıb - ABŞ-ın MAQATE-dəki səfiri Qlin Devis (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Y.Ostapenko/

Trend -un Fars redaksiyasının ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Qlin Devis ilə müsahibəsi

- İran bildirir ki, uranı 20 faizədək zənginləşdirməklə Tehran reaktoru üçün yanacaq istehsal etməyə qadir olacaq. Belə texnologiya yalnız Fransada və Argentinada mövcuddur. Bunu nəzərə alaraq, İranın öz uranını 20 faizədək zənginləşdirmək imkanlarını necə qiymətləndirirsiniz?

- Məsələ 20 faizədək zənginləşdirməyə qadir olmaqda deyil, MAQATE-nin məlumatına görə, İran buna nail olub. Məsələ ondadır ki, 20 faizədək zənginləşdirilmiş urandan həqiqətən reaktora yüklənmək üçün yanacaq qurğusu istehsalında istifadə olunacaqmı?

MAQATE-nin məlumatına görə, İran hazırda yanacaq elementlərinin hazırlanması üçün texniki imkanlara malik deyil. İranın belə imkanı bu ilin sonunadək təhlükəsiz yolla əldə etməsi hiss olunmur. Belə ki, İranın məlumatına görə, o, həmin vaxta kimi ölkədəki onkoloji xəstələri radioizotoplar ilə təmin etmək məqsədilə Tehranda nüvə reaktoru üçün yeni yanacaq almalıdır. Hətta ABŞ-da yanacağın bu növünün istehsalı üzrə texniki avadanlıq da yoxdur. Əgər İran belə yanacağın istehsalı prosesinin sürətləndirilməsi üçün ehtiyat tədbirlərinə məhəl qoymasa, bu, təhlükəsizliyə qarşı ciddi narahatlıq doğuracaq.

Xoşbəxtlikdən İranda xəstələrə və onkoloji xəstələrə lazım olan izotopları beynəlxalq bazarda da almaq olar. Odur ki, İran xalqının əzabları üçün heç bir zəmin olmamalıdır.

İranın Tehran reaktoru üçün yanacaq istehsal etməyə qadir olmaması uranın 20 faizədək zənginləşdirilməsi ilə bağlı real məqsədləri şübhə altına alır. Belə ki, bundan reaktorun İranın göstərdiyi vaxtda yanacaqla təmin olunması üçün istifadə edilə bilmız. Bununla belə, bu, İranı nüvə silahları üçün hissələrə ayrılmış materialların istehsalına yaxınlaşdırar.

Uranı 20 faizədək zənginləşdirməklə İran, faktik olaraq, nüvə silahının istehsalı üzrə işinin 85 faizini görüb.

- Bir neçə il öncə iranlı diplomatın noutbuku ABŞ-ın məxfi xidmətinin əlinə düşmüşdü. Lakin İran oradakı məlumatın hamısını inkar etdi. MAQATE-yə bu noutbuka dair hansısa sübut təqdim olunubmu? Bu kompüterdə İranda nüvə silahının istehsalına dair hansısa tutarlı arqument var?

- MAQATE baş direktorunun uzun illər ərzindəki məruzələri göstərir ki, agentlik bir neçə mənbədən informasiya əldə edir. Bu məlumat İranın nüvə proqramının hərbi aspektlərini göstərir. Sonuncu məruzə narahatlıq doğurur. Belə ki, nüvə silahının hazırlanması ilə bağlı fəaliyyət 2004-cü ildən sonra da davam edib və ola bilsin, hələ də davam edir.

MAQATE bildirir ki, o, mövcud informasiyanı İrana təqdim edərək açıqlama verməyi xahiş edib. Lakin İran bu məsələni mahiyyətcə müzakirə edə bilməyib və bu materialın "saxta" olması ilə bağlı iradlarını təsdiqləyən sübut təqdim edə bilməyib. Bundan əlavə, İran 2008-ci ilin avqustundan bu məsələni inspektorlarla müzakirə etməkdən boyun qaçırır. Bunun əvəzinə İran "tüstü pərdəsi" yaratmaq məqsədilə formata və ya sənədlərdəki qeydlərə yersiz irad tutur, bu mövzuda danışıqların irəliləməsinə imkan yaratmır.

Bu məsələ İranın nüvə proqramının dinc xarakterli olması ilə bağlı beynəlxalq birlikdə kifayət qədər əminliyin yoxluğuna əsasdır və İranın qonşularının xüsusi narahatlığına səbəb olmalıdır.

- ABŞ İrana 20 faizlik uran verməyə hazırdır? MAQATE-nin İran Respublikası ərazisində uran mübadiləsindən imtina etməsinin səbəbi nədir? Belə ki, bunu İran özü də təklif edib. Hesab etmirsiniz ki, belə variant problemin həllini asanlaşdırar?

- ABŞ, Rusiya Fransa MAQATE-nin gələcək zənginləşdirmə və istilikayıran qurğuların istehsalı üçün İrandan lazımi miqdarda az zənginləşdirilmiş uranın gətirilməsi təklifini dəstəkləməkdə davam edir. Biz və MAQATE çoxsaylı zəmanətlər təqdim etmişik. Bura İranın az zənginləşdirilmiş uranının üçüncü dost ölkədə müvəqqəti saxlanması imkanları da daxildir. İranın hələ də MAQATE-nin təhlükəsizlik tədbirlərinə və BMT Təhlükəsizlik Şurasının tələblərinə əməl etməməsinə baxmayaraq, biz inamı möhkəmləndirən humanitar yardım kimi MAQATE-nin təklifini dəstəklədik. Humanitar zərurət İranda onkoloji xəstələrin təminatının vacibliyi ilə əlaqədardır.

İnamın möhkəmləndirilməsi üzrə tədbirlər kimi İrandan istehsal etdiyi az zənginləşdirilmiş uranın müvafiq hissəsinin ölkədən çıxarılması və Rusiya, Fransa 20 faizlik uranın təminatı və yanacaq qurğularının istehsalı üzrə müvafiq addımlar atana kimi bu uranın üçüncü ölkəyə verilməsi tələb olunurdu. Oktyabrın əvvəlində razılıq verilsə də, İran sonradan bu tədbirdən imtina etdi və eyni vaxtda mübadilənin həyata keçirilməsini istədi  ki, bu da inamın möhkəmləndirilməsinə xidmət etmir. Çünki bu, İrana böyük həcmdə az zənginləşdirilmiş uran ehtiyatı saxlamağa imkan verir və bundan da o, istənilən vaxt nüvə istehsalı üçün istifadə etmək qərarına gələ bilər.

Bunun əvəzinə İran istəyir ki, beynəlxaıq birlik Tehran reaktorunun yanacaqla təmin olunması üçün hansısa başqa ölkənin uranından istifadə etsin. Halbuki İran mümkün silah istehsalı üçün öz uranını saxlamaqda davam edir. Belə olan halda, inamı necə artırmaq olar?

- İran bildirir ki, Fordo obyektinə əlavə olaraq, 10-dan çox yeni məxfi obyektin inşası haqqında qərar qəbul olunub. İnanırsınız ki, İranın 1000 meqavat gücündə və 3000 sentrifuqaya malik nüvə stansiyasının işini təmin etmək üçün potensialı var?

- Təbii zənginləşməyə haqq qazandırmaq üçün İranın reaktoru yoxdur. Demək olar ki, başa çatdırılmış yeganə reaktor Buşəhrdədir ki, Rusiya onun üçün yanacaq göndərir. Əgər genişmiqyaslı nüvə energetikası reaktoru (məsələn, yanacaq üçün onlarca reaktor) varsa, kommersiya məqsədləri ilə zənginləşdirmə ilə məşğul olmağın mənası yoxdur.

İran bildirir ki, reaktorları yanacaqla təmin etmək üçün bir neçə on min sentrifuqa tikəcək və bu, Natanz zavodundan da böyük obyekt olacaq. Cəmi 3000 sentrifuqaya malik Fordo kimi obyekt nüvə enerjisi reaktorları üçün yanacaq tədarük etməyə qadir deyil, lakin nüvə silahı proqramı üçün kifayət qədər gücə malikdir.

Zənginləşdirmə üzrə yeni reaktorların və ya zavodların gizli inşasına başlamaq İranın BMT və MAQATE qarşısındakı öhdəliklərinin pozulması ilə bağlı vəziyyətini ağırlaşdıracaq. Bu, İranın gizli olaraq uranın zənginləşdirilməsi üzrə zavod tikməsi ilə bağlı birinci hal olmayacaq. Natanzda olduğu kimi, Fordoda da obyekt gizli tikilib. Daha 10 məxfi zavodun inşası beynəlxalq birlik tərəfindən inamın daha da itirilməsinə ciddi səbəb ola bilərdi.

- İran bəyan edir ki, 20 000 meqavat nüvə enerjisinin istehsalını planlaşdırır. İranın həqiqətən də minlərlə ton lazımi uranı olmasına inanırsınız? İranın Venesuela, Qazaxıstan və CAR-dan uran idxal edəcəyi ehtimalı necədir?

- İranın məlumatına görə, onun tikmək istədiyi atom-elektrik stansiyalarının saxlanması məqsədilə vacib olan yanacaq istehsalı üçün öz uran resursları yoxdur.

Beləliklə, uranı yalnız nüvə reaktorunun işində müstəqilliyə nail olmaq məqsədilə zənginləşdirməsi barədə İranın fikirləri xəyallara əsaslanıb - İran öz zavodlarının zənginləşdirilməsi üçün təbii uranı hələ də idxal etmək məcburiyyətindədirsə, o, özü-özünü qane edə bilməz.

İrana belə təbii uranın idxalı BMT Təhlükəsilzik Şurasının hüquqi baxımdan məcburi qətnamələri ilə qadağan edilib. Beynəlxalq birliyin məsul üzvlərinin BMT öhdəliklərini pozması ağlabatan deyil. MAQATE baş direktorunun məruzələrində əksini tapan məlumatlar göstərir ki, İranda təbii uran ehtiyatları tükənir. Uranın emalı və təbii uranın sentrifuqaya verilən heksaftoridə (UF 6) çevrilməsi üzrə avadanlıqdan bir neçə aydır  istifadə olunmur.

Müsahibənin hazırlanmasında T.Konyayeva iştirak edib.

Xəbər lenti

Xəbər lenti