...

Aİ Gürcüstan, Ermənistan və Azərbaycana sərhədlərin idarə olunması sisteminin tətbiqində yardım göstərəcək

Siyasət Materials 26 Mart 2010 17:21 (UTC +04:00)
Avropa İttifaqının yeni proqramı Gürcüstan, Azərbaycan və Ermənistan hökumətlərinə sərhədlərin idarə olunması sisteminin tətbiqində yardım göstərəcək və bu onları eyni vaxtda açıq və təhlükəsiz edəcək.
Aİ Gürcüstan, Ermənistan və Azərbaycana sərhədlərin idarə olunması sisteminin tətbiqində yardım göstərəcək

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirsxaliya/

Avropa İttifaqının yeni proqramı Gürcüstan, AzərbaycanErmənistan hökumətlərinə sərhədlərin idarə olunması sisteminin tətbiqində yardım göstərəcək və bu onları eyni vaxtda açıq və təhlükəsiz edəcək.

Büdcəsi 6,3 milyon avro olan proqram BMT İnkişaf Proqramı (UNDP) tərəfindən Miqrasiya Siyasəti Məsələləri üzrə Beynəlxalq Mərkəz ilə (ICMPD) əməkdaşlıq sayəsində həyata keçiriləcək.

Proqramın rəsmi açılışı martın 29-da Tbilisidə konfrans zamanı olacaq. Tədbirdə Gürcüstan, Ermənistan və Azərbaycanın hökumət nümayəndələri, beynəlxalq təşkilatların və Aİ ölkələrinin təmsilçiləri iştirak edəcəklər.

Konfrans saat 11:00-da "Kortiard Mariott" mehmanxanasında olacaq. Tədbirdə BMT İnkişaf Proqramının Gürcüstan missiyasının rəhbərinin müavini İnita Pauloviç, layihələr şöbəsinin rəhbəri, Aİ-nin Gürcüstan missiyasının nümayəndəsi Martin Klauke, Miqrasiya Siyasəti Məsələləri üzrə Beynəlxalq Mərkəzin direktoru Martin Plyuym, Gürcüstan daxili işlər nazirinin müavini Yekaterina Zquladze, Gürcüstan maliyyə nazirinin müavini İrakli Siradze, Sərhəd Polisinin rəisi Zaza Qoqava və digər rəsmi şəxslər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti