...

Parlament seçkiləri şəffaf keçirilməklə, Azərbaycan demokratiya quruculuğu istiqamətində yeni bir mərhələyə qədəm qoyacaq – deputat Gültəkin Hacıbəyli

Siyasət Materials 6 May 2010 13:49 (UTC +04:00)
Azərbaycan Parlamenti komitə sədrinin müavini hesab edir ki, Parlament seçkiləri 2005-ci ilin seçkiləri ilə müqayisədə qat-qat daha yüksək səviyyədə keçiriləcək.
Parlament seçkiləri şəffaf keçirilməklə, Azərbaycan demokratiya quruculuğu istiqamətində yeni bir mərhələyə qədəm qoyacaq – deputat Gültəkin Hacıbəyli

Azərbaycan, Bakı, 06 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti komitə sədrinin müavini hesab edir ki, Parlament seçkiləri 2005-ci ilin seçkiləri ilə müqayisədə qat-qat daha yüksək səviyyədə keçiriləcək.

"Seçkilərin daha şəffaf, daha demokratik bir şəkildə reallaşması ilə Azərbaycan, doğrudan da demokratiya quruculuğu istiqamətində yeni bir mərhələyə qədəm qoyacaq", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Hacıbəylinin sözlərinə görə, hər seçkidən sonra Avropa təşkilatları bu prosesləri Avropa standartlarına çatmaq istiqamətində irəliyə doğru bir addım kimi dəyərləndirib: "Düşünürəm, həm də inanıram ki, növbəti seçkilər də öz şəffaflığı, demokratikliyi ilə nəinki Avropa standartlarına doğru daha bir uğurlu addım olacaq, bütövlükdə bu seçkilər Avropa standartlarına tam uyğun seçkilər kimi dəyərləndiriləcək. Bunun üçün də hər cür imkan, şərait var", - millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti