...

Bakıda NATO-nun Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin plenar iclası keçiriləcək

Siyasət Materials 12 May 2010 11:25 (UTC +04:00)
Tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin, NATO-nun müvafiq strukturlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirə NATO Baş katibinin əməliyyatların planlaşdırılması üzrə rəsmi nümayəndəsi səfir Maurits Yoxems sədrlik edəcək.
Bakıda NATO-nun Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin plenar iclası keçiriləcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda NATO-nun Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin plenar iclası keçiriləcək.

Mayın 18-19-da Bakıda Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin (AMFPK) plenar iclası keçiriləcək.

Tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin, NATO-nun müvafiq strukturlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirə NATO Baş katibinin əməliyyatların planlaşdırılması üzrə rəsmi nümayəndəsi səfir Maurits Yoxems sədrlik edəcək.

Tədbirin əsas məqsədi 2010-2013-cü illər üzrə AMFPK-nın planlaşdırma büro və komitələrinin iş proqramı, 2011-2015-ci illər üzrə treninq və təlimlərlə bağlı fəaliyyət proqramı, kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi sahəsi mütəxəssisləri ilə mümkün hücumlara qarşı mülki hazırlığın təkmilləşdirilməsi üçün AMFPK-nın fəaliyyət planının, həmçinin, fövqəladə hallar və fəlakətlər zamanı yardım imkanları və digər aidiyyəti məsələlərin müzakirəsidir.

Tədbirin keçirildiyi günlərdə mülki fövqəladə planlaşdırma və böhranların idarə olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin NATO-nun müvafiq strukturları ilə əlaqələrinin inkişaf etdirilməsi üçün bir sıra görüşlər keçiriləcək və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti