...

Azərbaycanın bəzi rayonlarının prokuroru dəyişdirilib

Siyasət Materials 22 İyun 2010 17:37 (UTC +04:00)
Baş Prokurorluğun internet saytının çərşənbə axşamı yaydığı məlumata görə, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə baş ədliyyə müşaviri Şirinov Ceyhun Böyükkişi oğlu ikinci səlahiyyət müddətinə Bakı şəhəri Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub.
Azərbaycanın bəzi rayonlarının prokuroru dəyişdirilib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın prokurorluq sistemində kadr dəyişikliyi olub.

Baş Prokurorluğun internet saytının çərşənbə axşamı yaydığı məlumata görə, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə baş ədliyyə müşaviri Şirinov Ceyhun Böyükkişi oğlu ikinci səlahiyyət müddətinə Bakı şəhəri Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub.

Ədliyyə müşaviri Pənahov Fəxrəddin Pənah oğlu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsinə, ədliyyə mayoru Hüseynzadə Mehdi Tofiq oğlu isə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən azad olunaraq Tərtər hərbi prokuroru vəzifəsinə təyin ediliblər.

Xəbər lenti

Xəbər lenti