...

Azərbaycan Prezidenti Zaqatala rayonuna səfər edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 İyul 2010 13:23 (UTC +04:00)
Azərbaycan Prezidenti Zaqatala rayonuna səfər edib
Azərbaycan Prezidenti Zaqatala rayonuna səfər edib (ƏLAVƏ OLUNUB)

İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkənin bütün regionları kimi, Zaqatala da özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə Zaqatalaya bir neçə dəfə səfər etməsi rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm keyfiyyət dəyişiklikləri ilə müşayiət olunub.

Ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2009-cu ildə 4,1 dəfə, sənaye məhsulunun həcmi 2,3 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 20,5 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 15,7 dəfə artmışdır. Sosial və istehsalat obyektlərinin tikilib istifadəyə verilməsi Zaqatalada işsizliyin səviyyəsinin aşağı düşməsinə ciddi təsir göstərmişdir. 2003-cü ildən başlayaraq, 2010-cu ilin birinci rübünə qədər Zaqatalada, 7805-i daimi olmaqla, 12 190 yeni iş yeri açılmışdır. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində olmuş, son bir neçə ildə 7 tibb məntəqəsi tikilmiş, rayon mərkəzi xəstəxanasının və 2 kənd sahə xəstəxanasının binaları əsaslı təmir edilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər birində 240 şagird yeri olan üç kənd orta məktəb binası, digər mənbələr hesabına isə 10 yeni məktəb binası tikilmişdir. Zaqatalanın qaz və elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də mühüm tədbirlər görülmüşdür.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülmüşdür. Burada yeni oturacaqlar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmış, fəvvarələr yenidən qurulmuş, yaşıllıq zolağı genişləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Xəbər lenti

Xəbər lenti