...

Türkiyə NATO hərbi təlimlərinin keçirilməsi üçün Ermənistanla sərhədləri açmayacaq – XİN rəhbəri

Siyasət Materials 17 İyul 2010 17:34 (UTC +04:00)
Türkiyə NATO hərbi təlimlərinin keçirilməsi üçün Ermənistanla sərhədləri açmayacaq.
Türkiyə NATO hərbi təlimlərinin keçirilməsi üçün Ermənistanla sərhədləri açmayacaq – XİN rəhbəri

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Türkiyə NATO hərbi təlimlərinin keçirilməsi üçün Ermənistanla sərhədləri açmayacaq. Bu barədə şənbə günü Almatıda ATƏT XİN rəhbərlərinin qeyri-formal sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mətbuat konfransında bildirib. Məlumatı "Hürriyyət" qəzeti Anadolu informasiya agentliyinə istinadən yayıb.

"Mən bu mövzu ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışmışam və qeyd etmişəm ki, hazırda sərhədlərin açılması qeyri-mümkündür və heç kəs bunu gözləməsin", - Davudoğlu bildirib.

Əvvəlcə bildirilmişdi ki, Türkiyə 2010-cu il sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək NATO hərbi təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin qismən və müvəqqəti açılması imkanını istisna etmir.

Xəbər lenti

Xəbər lenti