...

İctimai nəqliyyatda Türkiyə bayraqlarının yığışdırılmasına dair göstəriş verilməyib - Azərbaycan Nəqliyyat Nazirliyi

Siyasət Materials 6 Oktyabr 2010 17:22 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda Türkiyə bayraqlarının yığışdırılmasına dair göstərişin verilməsi barədə yayılan informasiyanın həqiqətəuyğun olmadığını bildirib.
İctimai nəqliyyatda Türkiyə bayraqlarının yığışdırılmasına dair göstəriş verilməyib - Azərbaycan Nəqliyyat Nazirliyi

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda Türkiyə bayraqlarının yığışdırılmasına dair göstərişin verilməsi barədə yayılan informasiyanın həqiqətəuyğun olmadığını bildirib.

"Türkiyə bayraqlarının ictimai nəqliyyatlarda yığışdırılması barədə heç bir göstəriş verilməyib. Hazırda yayılan informasiyanın həqiqiliyini müəyyən etmək üçün araşdırma aparılır", - bunu çərşənbə günü Trend-ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Türkiyənin bəzi KİV-ləri Azərbaycanın yerli mətbuatına istinadən Türkiyə bayraqlarının ictimai nəqliyyatlarda yığışdırıldığı barədə məlumat yayıblar.

Xəbər lenti

Xəbər lenti