...

Sumqayıt və Lüdviqshafen şəhərləri arasında yeni saziş imzalanıb

Siyasət Materials 7 Oktyabr 2010 11:39 (UTC +04:00)
Hər iki partnyor şəhər "Cənubi Qafqazda yerli özünüidarəetmənin inkişafına dəstək" Proqramı çərçivəsində 2011-ci ilin dekabr ayına qədər "Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq" layihəsində iştirak barədə razılığa gəliblər.
Sumqayıt və Lüdviqshafen şəhərləri arasında yeni saziş imzalanıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Sumqayıt şəhəri ilə Lüdviqshafen şəhəri arasında yeni saziş imzalanıb. Bu barədə cümə axşamı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Hər iki partnyor şəhər "Cənubi Qafqazda yerli özünüidarəetmənin inkişafına dəstək" Proqramı çərçivəsində 2011-ci ilin dekabr ayına qədər "Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq" layihəsində iştirak barədə razılığa gəliblər. Layihə şəhər təsərrüfatı məsələləri üzrə ümumi təcrübə mübadiləsi ilə yanaşı, tərəflər arasında konkret razılıqlara əsasən müəyyən edilmiş tədbirlər üzrə məsləhətlərin verilməsini də əhatə edir.

30 ildən artıqdır qardaşlaşmış şəhər əlaqəsinə malik olan Sumqayıt şəhəri ilə Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin "Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq" layihəsində iştirak edir.

Ötən müddətdə layihəyə əsasən alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilmişdir.

Sumqayıt - Lüdviqshafen şəhərləri arasında əlaqələrin əsası 1977-ci ildə qoyulub. 1987-ci ildə şəhərlər arasında partnyorluq əlaqələrinin qurulmasına dair Saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti