...

Azərbaycan Prezidenti İspaniya Kralını təbrik edib

Siyasət Materials 11 Oktyabr 2010 20:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı I Xuan Karlosu ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti İspaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı I Xuan Karlosu ölkəsinin milli bayramı münasibətilə təbrik edib. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Azərbaycan ilə İspaniya arasındakı münasibətlər bu gün dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli qaydada möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham ƏLiyev I Xuan Karlosa möhkəm cansağlığı, işlərində uğurlar, dost İspaniya xalqına sülh və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti