...

Azərbaycanın müxalifət liderləri inteqrasiya prosesini müzakirə ediblər

Siyasət Materials 15 Mart 2011 15:04 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyalarının rəhbərlərinin növbəti görüşü keçirilib.
Azərbaycanın müxalifət liderləri inteqrasiya prosesini müzakirə ediblər

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalifət partiyalarının rəhbərlərinin növbəti görüşü keçirilib.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, martın 15-də VİP-in qərargahında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və VİP sədri Əli Əliyev arasında görüş keçirilib. Görüş VİP ilə ALP-nin müxalifətdaxili inteqrasiya prosesinin gücləndirilməsi təşəbbüsü çərçivəsində başlanmış müzakirələrin davamı olaraq baş tutub.

Partiya sədrlərinin görüşündə ölkədə yaranmış siyasi vəziyyət və regionda cərəyan edən proseslər geniş müzakirə olunub. Tərəflər cəmiyyətdə fəallığın artırılması və demokratiya uğrunda mübarizənin arzuedilən nəticəyə çatması üçün əsas müxalifət qüvvələrinin bir arada olmasının zəruriliyini vurğulayıblar. ALP, KXCP və VİP sədrləri bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsinə dair razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti