...

İordaniyanın mədəniyyət naziri problemləri mədəni dialoq vasitəsilə həll etməyə çağırır

Siyasət Materials 7 Aprel 2011 14:30 (UTC +04:00)
İordaniyanın mədəniyyət naziri Tariq Səlim Masarva problemləri mədəni dialoq vasitəsilə həll etməyə çağırır.
İordaniyanın mədəniyyət naziri problemləri mədəni dialoq vasitəsilə həll etməyə çağırır

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir A.Tağıyeva/

İordaniyanın mədəniyyət naziri Tariq Səlim Masarva problemləri mədəni dialoq vasitəsilə həll etməyə çağırır.

Bu gün Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu böyük əhəmiyyətə malikdir, Azərbaycan isə müxtəlif mədəniyyətlər arasında körpüdür. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Masarva bildirib.

"Belə forumlar ona görə keçirilir ki, mədəniyyətlərarası əlaqələrdəki problemlər həll edilsin. Nəticədə biz problemləri belə dialoq əsasında həll etməliyik", - Masarva bildirib.

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Sessiya sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Bas sədrlik edir.

Növbəti sessiya "Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs" mövzusuna həsr olunacaq. Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmer sədrlik edəcəklər.

Aprelin 8-də keçiriləcək 3-cü sessiya mədəniyyətlərarası dialoqun aparıcı fiqurları kimi qadınların roluna həsr olunacaq. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcəklər.

Xəbər lenti

Xəbər lenti