...

Azərbaycanın Belarusla müdafiə sənayesi sahəsində əməkdaşlığının genişlənməsi məsələsi müzakirə olunub

Siyasət Materials 5 İyul 2011 16:37 (UTC +04:00)
Azərbaycanın Belarusla müdafiə sənayesi sahəsində əməkdaşlığının genişlənməsi məsələsi müzakirə olunub.
Azərbaycanın Belarusla müdafiə sənayesi sahəsində əməkdaşlığının genişlənməsi məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Belarusla müdafiə sənayesi sahəsində əməkdaşlığının genişlənməsi məsələsi müzakirə olunub.

Trend-in Azərbaycannın Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirlikdə Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədr müavini İqor Bıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Çərşənbə axşamı keçirilən görüşdən əvvəl nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı geniş məlumat verilib.

Görüşdə Belarus ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin başçısı İqor Bıkov səmimi qəbula görə minnətdarlığını bildirib.

Keçirilən görüşdə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç də iştirak edib.

Xəbər lenti

Xəbər lenti