...

Azərbaycandakı Latviya vətəndaşları Seymin buraxılmasına dair referendumda səs verə biləcəklər

Siyasət Materials 21 İyul 2011 14:53 (UTC +04:00)
Azərbaycandakı Latviya vətəndaşları iyulun 23-nə təyin olunmuş Seymin buraxılmasına dair referendumda səs verə biləcəklər . Onlar Latviyanın Bakıdakı səfirliyi yanında təşkil olunmuş seçki məntəqəsində səs verə biləcəklər . Bu barədə Trend-ə Latviyanın Azərbaycandakı səfiri Haydiys Baumanis bildirib.
Azərbaycandakı Latviya vətəndaşları Seymin buraxılmasına dair referendumda səs verə biləcəklər

Azərbaycan , Bakı , 21 iyul /Trend , müxbir S.Ağayeva /

Azərbaycandakı Latviya vətəndaşları iyulun 23-nə təyin olunmuş Seymin buraxılmasına dair referendumda səs verə biləcəklər . Onlar Latviyanın Bakıdakı səfirliyi yanında təşkil olunmuş seçki məntəqəsində səs verə biləcəklər . Bu barədə Trend-ə Latviyanın Azərbaycandakı səfiri Haydiys Baumanis bildirib.

Latviyanın eks-prezidenti Valdis Zatlersin təşəbbüsü ilə Seymin buraxılmasına dair ümumxalq referendumunun keçirilməsi iyulun 23-nə təyin edilib. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) mayda qərar çıxarıb.

Referendumun sualı belə olacaq: "Siz 10-cu Seymin buraxılışına tərəfdarsınızmı?" İki cavab mümkündür: " lehinə" yaxud " əleyhinə".

Latviyada referendum günü bu ölkənin Azərbaycan ərazisində müvəqqəti yaşayan və ya olan vətəndaşları seçki məntəqəsində səs verə biləcəklər.

Onların üzərində vətəndaşlığı təsdiqləyən sənədin olması vacibdir.

Qanuna görə, seçki məntəqələri qapılarını referenduma on gün qalmış açır. Latviyada seçki məntəqələrinin sayı 950- dir. Xaricdəki səfirlik və konsulluqlar yanında isə 78 seçki məntəqəsi yaradılıb. Latviyanın istənilən vətəndaşı bu məntəqələrdən hər birində Seymin işinə qiymət verə bilər.

Xəbər lenti

Xəbər lenti