...

Türkiyənin Baş naziri Şəhidlər və Fəxri xiyabanlarını ziyarət etmişdir (FOTO)

Siyasət Materials 27 İyul 2011 22:40 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Şəhidlər xiyabanını ziyarət etmişdir.
Türkiyənin Baş naziri Şəhidlər və Fəxri xiyabanlarını ziyarət etmişdir (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyənin nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman oğulların məzarlarını ziyarət etdilər.

Türkiyənin Baş naziri "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoydu.

Ali qonaq Xatirə kitabına ürək sözlərini yazdı.

Həmçinin, Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üstünə tər güllər düzmüşdür.

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül qoyulmuşdur.

Xəbər lenti

Xəbər lenti