...

Qırğızıstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 9 Dekabr 2011 12:42 (UTC +04:00)
Azərbaycanın Qırğızıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Qırğızıstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycanın Qırğızıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimi Azərbaycanın Bişkəkdəki ilk fövqəladə və səlahiyyətli səfiri, professor Arif Ağayev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və ölkənin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.

Sonra Azərbaycan icmasının təmsilçiləri Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərdiyini, səfərləri zamanı Azərbaycan diasporu üzvləri ilə görüşərək qarşıya çıxan problemlərin həllinə çalışdığını və ümummilli liderlə olan görüşlərindən söhbət açıblar.

İctimai xadim, millət vəkili və 1995-2000-ci illərdə Qırğızıstan prezidenti yanında İdeoloji şöbənin müdiri işləmiş Aydarbek Kerimkulov isə Manas dastanının 1000 illik yubileyi tədbirlərində Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətini müşayiət etdiyini, ümummilli liderlə dəfələrlə səmimi həmsöhbət olduqlarını bildirib.

Sonra ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub, ehsan verilib.

Xəbər lenti

Xəbər lenti