...

Hillari Klinton: Azərbaycan və ABŞ münasibətləri möhkəmləndirməkdə davam edəcəklər

Siyasət Materials 6 İyun 2012 19:35 (UTC +04:00)
Azərbaycan və ABŞ hökumətlər, xalqlar və işgüzar dairələr arasında əlaqələri möhkəmləndirirlər.
Hillari Klinton: Azərbaycan və ABŞ münasibətləri möhkəmləndirməkdə davam edəcəklər

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir V.Javoronkova/

Azərbaycan və ABŞ hökumətlər, xalqlar və işgüzar dairələr arasında əlaqələri möhkəmləndirirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ dövlət katibi Hillari Klinton Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycana səfərinin yekunları üzrə keçirilən brifinqdə bildirib.

"Səfərim Azərbaycan və ABŞ arasında qarşılıqlı əlaqələri bir daha qeyd etmək və hökumətlər, xalqlar və işgüzar dairələr arasında münasibətləri möhkəmləndirmək baxımından gözəl imkandır", - Klinton deyib.

Onun sözlərinə görə, ABŞ Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinin tərəfdarıdır və Azərbaycanın uzunmüddətli çiçəklənməsinə gətirib çıxaracaq islahatlara bundan sonra da kömək etməyə hazırdır.

Xanım Klintonun sözlərinə görə, ABŞ yenə də Azərbaycan hökuməti və xalqı ilə işə qətiyyətlə sadiqdir.

Dövlət katibi qeyd edib ki, səfər zamanı o, Bəxtiyar Hacıyevin azad edilməsini də müzakirə edib.

"Biz vətəndaş cəmiyyətinin liderləri ilə insan haqları sahəsində əldə edilən tərəqqini müzakirə etdik", - o vurğulayıb.

Klinton vətəndaş cəmiyyətini Azərbaycanın möhkəmləndirilməsinə kömək edəcək və onu daha güclü ölkə edəcək işləri davam etdirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti