...

Azərbaycan XİN və Beynəlxalq Ədalət Məhkəməsi müzakirələr aparıb

Siyasət Materials 13 İyun 2012 15:54 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti Peter Tomka ilə görüşüb.
Azərbaycan XİN və Beynəlxalq Ədalət Məhkəməsi müzakirələr aparıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti Peter Tomka ilə görüşüb.

XİN mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşdə Tomka BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin strukturu, yurisdiksiyası, hazırda baxdığı işləri və məhkəmə sistemində edilən islahatlar barədə məlumat verərək, Azərbaycanın məhkəmənin fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Məmmədyarov Azərbaycanın demokratik dövlət kimi qanunun aliliyinə hörmətlə yanaşdığını, müvafiq beynəlxalq mübahisə və münaqişələrin beynəlxalq hüququn prinsip və normaları əsasında həll olunmasının tərəfdarı olduğunu, ölkənin BMT-nin tam hüquqlu üzvü kimi Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəklədiyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti