...

Gürcüstan MSK parlament seçkilərinə ilkin yekun vurub

Siyasət Materials 4 Oktyabr 2012 14:24 (UTC +04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ilkin nəticələrin tam hesablanmasından sonra parlament seçkilərində 38 majoritar dairədə "Gürcü arzusu"nun, 34 dairədə isə "Vahid Milli Hərəkat"ın namizədləri liderlik edirlər.
Gürcüstan MSK parlament seçkilərinə ilkin yekun vurub

Gürcüstan, Tbilisi, 4 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ilkin nəticələrin tam hesablanmasından sonra parlament seçkilərində 38 majoritar dairədə "Gürcü arzusu"nun, 34 dairədə isə "Vahid Milli Hərəkat"ın namizədləri liderlik edirlər.

Trend-in məlumatına görə, MSK-nın bəyanatında qeyd olunur ki, bütün majoritar dairələrdə seçkilərin ilkin nəticələri artıq hesablanıb.

Qeyd edək ki, "Gürcü arzusu" 5 majoritar dairədə rəqəmlərin saxtalaşdırıldığını və həmin dairələrdə onların namizədlərinin qalib gəlməli olduğunu iddia edir.

Xəbər lenti

Xəbər lenti