...

Avropa Parlamentinin üzvü: Azərbaycan İslamda demokratiyanın olmasında digər müsəlman ölkələrinə nümunədir

Siyasət Materials 5 Oktyabr 2012 12:15 (UTC +04:00)
Bu gün Azərbaycan İslamda demokratiyanın olmasında digər müsəlman ölkələrinə nümunədir.
Avropa Parlamentinin üzvü: Azərbaycan İslamda demokratiyanın olmasında digər müsəlman ölkələrinə nümunədir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycan İslamda demokratiyanın olmasında digər müsəlman ölkələrinə nümunədir. Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci rayonunun meri Rəşidə Dati II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində cümə günü keçirilən "Cəmiyyət həyatında multikulturalizm" movzusunda dəyirmi masada deyib.

"Bu gün İslamda demokratiya ola bilərmi? Bu, ərəb ölkələrində alınmır. Orada sərt rejimlər mövcuddur, inqilablar baş verir. Avropa bu problemlərin həll açarını tapa bilmir. Biz dünyaya göstərməliyik ki, İslam terror deyil, İslam dünya üçün, insanlıq üçün təhlükə deyil. Azərbaycan bu sahədə çalışır və bu səbəbdən Azərbaycana təşəkkür edirik", - Dati bildirib.

Xəbər lenti

Xəbər lenti