...

Aclıq elan edən Ermənistan prezidentliyinə namizədin səhhəti seçkilərin təxirə salınmasına səbəb ola bilər

Siyasət Materials 5 Fevral 2013 16:04 (UTC +04:00)
Aclıq elan edən Ermənistan prezidentliyinə namizəd Andreas Qukasyanın səhhəti prezident seçkilərinin təxirə salınması tələbi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsinə səbəb ola bilər.
Aclıq elan edən Ermənistan prezidentliyinə namizədin səhhəti seçkilərin təxirə salınmasına səbəb ola bilər

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Aclıq elan edən Ermənistan prezidentliyinə namizəd Andreas Qukasyanın səhhəti prezident seçkilərinin təxirə salınması tələbi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsinə səbəb ola bilər. Trend "Armenia Today"ə istinadən məlumat verilib ki, bu barədə çərşənbə axşamı Qukasyanın nümayəndəsi Armen Qriqoryan mətbuat konfransında deyib.

O qeyd edib ki, prezidentliyə bütün namizədlərdən yalnız sui-qəsdə məruz qalan Paruyr Ayrikyanın bu tələblə müraciət etməsi ilə bağlı real imkanı olub.

"Hazırda mübarizəni davam etdirmək niyyətindəyik. Qukasyan aclıq aksiyasını davam etdirəcək, yeni metodlarla mübarizə aparacağıq", - Qriqorayn qeyd edib.

Onun sözlərinə görə, 16 gündür aclıq aksiyası keçirən Qukasyanın səhhəti hazırda normaldır, lakin bunun nə qədər davam edəcəyi məlum deyil.

Qriqoryan əlavə edib ki, namizəd tibbi müayinədən keçib və tezliklə nəticələr məlum olacaq. Onun sözlərinə görə, səfirliklərin nümayəndəlikləri namizədin səhhəti ilə maraqlanırlar və lakin beynəlxalq təşkilatlardan Qukasyanın addımı ilə bağlı reaksiya yoxdur.

O qeyd edib ki, Qukasyan aclıq elan etməzdən əvvəl beynəlxalq müşahidəçilərin ölkəni tərk etməsini tələb edib və bununla bağlı mövqe beynəlxalq təşkilatlara təqdim edilib, bundan sonra isə onlarla heç bir görüş keçirilməyib.

Qriqoryan həmçinin bildirib ki, aclıq aksiyasının Qukasyanın reytinqinə necə təsir etməsi ilə bağlı hər hansı araşdırma aparılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti