...

AB 62 illik tarixində ilk dəfə büdcəsini azaltmalı olub

Siyasət Materials 9 Fevral 2013 04:30 (UTC +04:00)
2014-2020-ci illər üzrə Avropa Birliyinin 7 illik büdcəsinin hazırlanması üçün toplanmış qitə liderləri 25 saat sürən danışıqlardan sonra razılıq əldə ediblər. "CNN TÜRK"ün verdiyi xəbərə görə, AB Komissiyasının gələcək 7 ildəki büdcəsi azaldılaraq, 960 milyard avroya endirilib.
AB 62 illik tarixində ilk dəfə büdcəsini azaltmalı olub

Azərbaycan, Bakı, 9 fevral /Trend/

2014-2020-ci illər üzrə Avropa Birliyinin 7 illik büdcəsinin hazırlanması üçün toplanmış qitə liderləri 25 saat sürən danışıqlardan sonra razılıq əldə ediblər. "CNN TÜRK"ün verdiyi xəbərə görə, AB Komissiyasının gələcək 7 ildəki büdcəsi azaldılaraq, 960 milyard avroya endirilib.

Məlumatda bildirilir ki, AB-nin hazırki (2007-2013) büdcəsinin 994 milyard avro olduğunu nəzərə alaraq, demək olar ki, növbəti 7 illik büdcə paketində 3.4 faizlik azalma var. Bununla da, Avropa Birliyi 62 illik tarixində ilk dəfə büdcəsini azaltmalı olub.

"Lakin razılaşdırılmış 7 illik büdcə sənədinin Avropa Parlamentindən keçməsi müəyyən şübhələr yaradıb. Çünki, büdcədə olan 3.4 faizlik azalma AP-dəki siyasi qrupların narazılığı ilə qarşılanıb. Avropa Parlamentindəki 4 böyük siyasi qrupun (xristian-demokratlar, sosialistlər, liberallar və yaşıllar) adından yayılmış açıqlamada əldə olunmuş razılaşmanın Avropa iqtisadiyyatına zərbə vuracağı söylənilib" - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti