...

Rusiya Suriya müxalifətinin hakimiyyətlə dialoqa başlamasını dəstəkləyir

Siyasət Materials 27 Fevral 2013 01:03 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, suriyalı müxalifət hakimiyyətlə dialoqa başlayacaq və nümayəndələrini də müəyyənləşdirəcək.
Rusiya Suriya müxalifətinin hakimiyyətlə dialoqa başlamasını dəstəkləyir

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, suriyalı müxalifət hakimiyyətlə dialoqa başlayacaq və nümayəndələrini də müəyyənləşdirəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Rusiyanın XİN rəhbəri hesab edir ki, Romada Qərb və digər regional ölkələrin nümayəndələrilə görüşəcək Suriya müxalifəti orada hakimiyyətlə dialoqa hazır olduğunu bildirəcək və bu istiqamətdə nümayəndələrini də müəyyənləşdirəcək.

Rusiya xarici işlər naziri qeyd edib ki, bir neçə gün öncə Suriyanın xarici işlər naziri Valid Muallem Moskvada səfərdə olub və görüşlər çərçivəsində müxalifətlə dialoqun qurulması məsələsi müzakirə edilib.

"Suriya rəsmiləri bizi əmin etdilər ki, onların danışıqlar üçün nümayəndə heyəti hazırdır və dialoqun tez bir zamanda qurulacağına ümid edirlər" - deyə Lavrov əlavə edib.

Xəbər lenti

Xəbər lenti