...

Tacikistan ÜTT-nin tamhüquqlu üzvü oldu

Siyasət Materials 2 Mart 2013 01:29 (UTC +04:00)
Şənbə günü Tacikistan Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olub.
Tacikistan ÜTT-nin tamhüquqlu üzvü oldu

Azərbaycan, Bakı, 2 mart /Trend/

Şənbə günü Tacikistan Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olub. Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, fevralın 4-də respublikanın nümayəndəsi Cenevrədə Tacikistanın ÜTT-yə qoşulması ilə bağlı Protokolun ratifikasiyası haqqında şəhadətnaməni bu təşkilatın katibliyinə təqdim edib.

Bir müddət öncə Tacikistanın xarici işlər nazirliyi bildirib ki, 2013-cü ilin mart ayının 2-də respublika təşkilatın tamhüquqlu üzvü olacaq.

Tacikistan parlamenti Protokolu yanvar ayının 9-da ratifikasiya edib. Protokol isə 2012-ci ilin dekabr ayının 10-da Tacikistan prezidenti Emomali Rahmon və ÜTT-nin baş direktoru Paskal Lami arasında imzalanıb.

Tacikistanın iyun ayının 7-dək vaxtı var idi ki, parlamentdə Protokol ratifikasiya edilsin.

Qeyd edək ki, Tacikistan Mərkəzi Asiyada Qırğızıstandan sonra ikinci dövlətdir ki, ÜTT-yə qoşulub.

Xəbər lenti

Xəbər lenti