...

Azərbaycanın CAR-dakı səfirliyi bəyanat yayıb

Siyasət Materials 29 Mart 2013 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyi "31 Mart Azərbaycanlıların Soyqırımı Günü"nün növbəti ildönümü ilə əlaqədar fəaliyyət göstərdiyi ölkədəki səfirliklər və dövlət orqanları arasında bəyənat yayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bəyənatda soyqırımın tarixi və ağır nəticələri haqda geniş məlumat verilir.

"31 Mart Azərbaycanlıların Soyqırımı" haqqında ümumi məlumatın əks olunduğu bəyənatda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Xocalı soyqırımının baş verdiyi vurğulanıb və bu problemin hazırki günədək öz həlli yolunu tapmadığı bildirilir.

Bəyənatın sonunda münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa çağırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti